Nazir polkovnik-leytenanta yeni vəzifə verdi » Memur.az

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Nazir polkovnik-leytenanta yeni vəzifə verdiDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən polis polkovnik-leytenantı Yelmar Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.