Külli miqdarda mənimsəmə edən məmur hakim qarşısında » Memur.az

Külli miqdarda mənimsəmə edən məmur hakim qarşısında

Külli miqdarda mənimsəmə edən məmur hakim qarşısındaNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi işləmiş Sücayət Ələkbərova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrlik etdiyi cinayət kollegiyası baxacaq.

Qeyd edək ki, S.Ələkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub. S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinib. İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.

S.Ələkbərovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.