Ünvanlı dövlət sosial yardımın məbləği artıb » Memur.az

Ünvanlı dövlət sosial yardımın məbləği artıb

Ünvanlı dövlət sosial yardımın məbləği artıb 021-ci ilin mart ayında 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği 246 manat təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qurumdan qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz artım deməkdir.