Putin, Merkel və Makron arasında görüş keçirilib » Memur.az

Putin, Merkel və Makron arasında görüş keçirilib

Putin, Merkel və Makron arasında görüş keçirilibRusiya prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş keçirilib.

TASS xəbər verir ki, üçtərəfli danışıqlar zamanı rusiyalı müxalifətçi Aleksey Navalnının işi üzrə mövcud vəziyyət və Ukraynanın Donbas vilayətindəki son hadisələr müzakirə olunub.

Həmçinin görüşdə Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Avropa İttifaqı ölkələrində tətbiqi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.