Cavad Zərif Türkiyəyə getdi » Memur.az

Cavad Zərif Türkiyəyə getdi

Cavad Zərif Türkiyəyə getdiİran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə rəsmi səfərə gedib.

“Mehr” agentliyi xəbər verir ki, onun İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.

Görüşdə İran-Türkiyə ikitərəfli münasibətləri müzakirə olunub, tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar.