Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunub » Memur.az

Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunub

Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunubMedia nümayəndələrinin işağldan azad edilən ərazilərə növbəti media turu təşkil olunub.

Memur.Az-ın müxbirinin verdiyi məlumata görə, bu dəfə jurnalistlər Hadrut istiqamətinə yollanıblar.

Burada jurnalistlər Füzuli-Hadrut avtomobil yolunun inşası prosesi ilə tanış olublar. Sözügedən yol Füzuli, Cəbrayıl və Hadrut arasında qovşaq rolunu oynayacaq. 

Həmin yolun təməli martın 15-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu yol başlanğıcını Zəfər yolundan götürür.