Hökumət deputatların təkliflərini araşdırıb » Memur.az

Hökumət deputatların təkliflərini araşdırıb

Hökumət deputatların təkliflərini araşdırıbHökumət ötən il deputatlar tərəfindən qaldırılan məsələləri, səsləndirilən təklifləri araşdırıb.

Memur.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi Milli Məclislə hökumət arasında təmasların artmasına şərait yaradır.

Parlament sədri qeyd edib ki, hökumət araşdırdığı məsələlərlə bağlı Milli Məclisə geniş məlumat verib.