Milli Məclis sədri: “Bütün deputatlar koronavirus testindən keçiblər, heç kimdə COVID-19 yoxdur” » Memur.az

Milli Məclis sədri: “Bütün deputatlar koronavirus testindən keçiblər, heç kimdə COVID-19 yoxdur”

Milli Məclis sədri: “Bütün deputatlar koronavirus testindən keçiblər, heç kimdə COVID-19 yoxdur”“Bütün deputatlar koronavirus testindən keçiblər, heç kimdə COVID-19 yoxdur”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Büdcə müzakirələri zamanı çıxışların 10 dəqiqə olmasına etiraz edən deputatlara S.Qafarova cavab verərək qeyd edib ki, bu sadə bir sənəd deyil və deputatların çıxışı üçün reqlament 10 dəqiqə olacaq.

O əlavə edib ki, əgər kimsə koronavirusdan narahatdırsa, dünən deputatların hamısı test verib və heç kim virusa yoluxmayıb.