Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdü » Memur.az

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdü

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdüAzərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.