Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb » Memur.az

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıbBu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.