Hikmət Hacıyev: “Dost dar gündə tanınar” » Memur.az

Hikmət Hacıyev: “Dost dar gündə tanınar”

Hikmət Hacıyev: “Dost dar gündə tanınar”Pakistan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək ifadə olunub.

“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək”, - Pakistan XİN-nin rəsmi “Twitter” səhifəsində qeyd olunub.

Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ”Twitter”dəki hesabında Pakistan XİN-nə minnətdarlıq edib: “Dost dar gündə tanınar. Təşəkkür edirəm Qardaş Pakistan”

H. Hacıyev eyni zamanda Pakistan XİN-nin tvitini paylaşıb.