TƏCİLİ: Ehtiyatda olan polkovnik ELMAR HÜSEYNOV Qarabağ Qazisi üçün xalqımıza müraciət etdi » Memur.az

TƏCİLİ: Ehtiyatda olan polkovnik ELMAR HÜSEYNOV Qarabağ Qazisi üçün xalqımıza müraciət etdi

TƏCİLİ: Ehtiyatda olan polkovnik ELMAR HÜSEYNOV Qarabağ Qazisi üçün xalqımıza müraciət etdi

12 iyul 2020-ci il tarixdə cəbhənin Tovuz rayonun Ağdam kəndi istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşərkən MAHXQ Nəsirov Kənan Füzuli oğlu ağır yaralanıb. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Bədəninin aşağı ətrafı iflic olub. Həkimlərimizin diaqnozuna görə Qazimizə hər gün iynə terapiya olunmalıdır. Terapiya üçün özəl klinikadan həkimlər dəvət olunur, hər bir seansı 50 manatdır. Həkimlərimizin bildirdiyinə görə bu prosses 3 ay davam etsə Qazimiz ayağa durub, yeriyə bilər. Qazimizin ailəsi Tovuz rayonunun Əlibəyli kəndində yaşayır. Ailəsinin maddi imkanı çox məhduddur. Əziz vətənimizin xeyirxah oğul və qızları gəlin Qazimizə maddi köməkliyimizi əsirgəməyək.
Onu da qeyd edim ki, Qazimiz əlil arabasına da ehtiyacı var.
Əlaqə telefonu: 050-214-65-00

Fərid Faiqoğlu
AJB-nin üzvü


TƏCİLİ: Ehtiyatda olan polkovnik ELMAR HÜSEYNOV Qarabağ Qazisi üçün xalqımıza müraciət etdi