Miqrasiya Xidmətinin əcnəbilərə MÜRACİƏTİ » Memur.az

Miqrasiya Xidmətinin əcnəbilərə MÜRACİƏTİ

Miqrasiya Xidmətinin əcnəbilərə MÜRACİƏTİDövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri bu gündən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək.