Təhsil Nazirliyinin rəsmisi təhsilin ənənəvi formada təşkili üçün lazım olan şərti açıqladı » Memur.az

Təhsil Nazirliyinin rəsmisi təhsilin ənənəvi formada təşkili üçün lazım olan şərti açıqladı

Təhsil Nazirliyinin rəsmisi təhsilin ənənəvi formada təşkili üçün lazım olan şərti açıqladıTəhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ilinin necə təşkil olunacağı ilə bağlı müzakirə canlı yayımda izləyicilərə təqdim olunur. 

Müzakirədə iştirak edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu ənənəvi təhsil formasının indiki şərtlər daxilində mümkün olmadığını dilə gətirib: 

“Hazırda ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.