Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq » Memur.az

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha dörd müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq. Ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq. 

Nazirlikdən verilən məlumata görə, ötən ildən başlayaraq 21 sosial təminat növünün (iki pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat  sistemləri yaradılıb. 

Nəticədə, həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir.

Bu ilin altı ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.