Tarix : 20-07-2020, 15:22 | Bölmə: Sosial

Vilayət Eyvazov generalı təqaüdə göndərdiDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Memur.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur. 

Oxşar xəbərlər