Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldı » Memur.az

Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldıBərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib. 

H.Hüseynovun yerinə hələlik təyinat olmayıb. 

Faktı TƏBİB-dən Oxu.Az-a təsdiq ediblər.

Qeyd edək ki, onun işdən çıxarılmasına karantin qaydalarına əməl etməməsi, eləcə də, Diaqnostika Mərkəzində bir neçə işçinin koronavirusa yoluxması səbəb olub.