Zahid Orucdan parlament müxalifəti barədə TƏKLİF » Memur.az

Zahid Orucdan parlament müxalifəti barədə TƏKLİF

Zahid Orucdan parlament müxalifəti barədə TƏKLİFMilli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni təkliflə çıxış edib.

Oxu.Az-ın məlumatına görə, Z.Oruc bildirib ki, təklifi parlament komitələrinin rəhbərliyində digər partiyaların təmsilçiliyinin yaratdığı vəziyyətlə baglıdır.

“Bu, həqiqətən də digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştirak etməyə imkan verir. Bütün bunları nəzərə alaraq, “Parlament müxalifəti haqqında” qanunun qəbul olunmasını təklif edirəm”, - deyə deputat əlavə edib. 

Millət vəkili qeyd edib ki, həmin sənəddə müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər:

“Parlamentarizmin güclənməsi və demokratik idarəçiliyin möhkəmlənməsində belə hüquqi addımlar mühüm rol oynayacaq”.