Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb” » Memur.az

Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb”

Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb”Ticarət mərkəzindəki əvvəlki yanğından sonra obyekt sahiblərinə və ümumilikdə, rəhbərliyə xəbərdarlıq edilmişdi ki, təmir-bərpa işləri tam yekunlaşmamış mallar yerləşdirilməsin. Çünki işlər tam yekunlaşdıqdan sonra Fövqəladə Hallar Nazirliyi və müvafiq icra hakimiyyəti orqanı buna icazə verməlidir”.

Memur.Az xəbər verir ki, bu sözləri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“EuroHome” ticarət mərkəzində baş vermis yanğın zamanı əraziyə gələn nazir hadisə ilə bağlı açıqlama verib:“Lakin görünən odur ki, ticarət mərkəzinin rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb. Təmir işləri tam yekunlaşmamış, obyektin fəaliyyətinə tərəfimizdən tam razılıq verilməmiş mağazalara mallar yerləşdirilib. Nəticədə yenidən belə bir hadisə baş verib”.

K.Heydərov vurğulayıb ki, yanğının səbəbkarı haqqında hüquqi prosedur tətbiq olunacaq:

“Yanğının baş verməsinə səbəbkar olan hər bir şəxs barəsində qanunla müvafiq tədbirlər görüləcək. Artıq bu barədə hüquq mühafizə orqanları əməkdaşlarına lazımi tapşırıqlar verilib”.