Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu, dörd hakim vəzifəsindən çıxarıldı - ADLAR » Memur.az

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu, dörd hakim vəzifəsindən çıxarıldı - ADLAR

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olundu, dörd hakim vəzifəsindən çıxarıldı - ADLARMilli Məclisin iclasında Bakı Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 

Memur.Az-ın xəbərinə görə, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. 

Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu Rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami Rayon Məhkəməsinin hakimi Rəşad Həsənov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.

Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsi də qəbul edilib.