Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək » Memur.az

Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək

Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcəkTəhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin hazırlanması və çapı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.

APA xəbər verir ki, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri “Təhsil” Nəşriyyat Poliqrafiya MMC, “Çaşıoğlu Elm-İstehsalat” MMC və “Aspoliqraf LTD” seçiliblər.

Şirkətlərlə ümumi dəyəri 9 milyon manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə “Təhsil” Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, “Çaşıoğlu Elm-İstehsalat” tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, “Aspoliqraf LTD” tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.