ABŞ: Çinin verdiyi koronavirus testləri keyfiyyətsizdir » Memur.az

ABŞ: Çinin verdiyi koronavirus testləri keyfiyyətsizdir

ABŞ: Çinin verdiyi koronavirus testləri keyfiyyətsizdirÇin ABŞ-a verdiyi koronavirusu təyin etmək üçün lazım olan testlər keyfiyyətsiz və hətta saxtadır.

“Fox News” xəbər verir ki, bunu Ağ Evin iqtisadi məsələlər üzrə məsləhətçisi Piter Navarro bəyan edib.

“Çin bizə olduqca keyfiyyətsiz mal verib. Biz buna dözə bilmərik. Rəsmi Pekin bu ağır vəziyyətdə öz xeyrini güdməyə çalışır. Koronavirusun yayılması və yuxarıda qeyd edilən məsələ ilə bağlı Çin cavab verməlidir”, - deyə P.Navarro əlavə edib.