Azərbaycanda ev karantinində saxlanılanların sayı açıqlandı - RƏSMİ » Memur.az

Azərbaycanda ev karantinində saxlanılanların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda ev karantinində saxlanılanların sayı açıqlandı - RƏSMİ“Azərbaycanda koronavirusla bağlı iki cür karantin rejimi tətbiq edilir”.

Memur.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bunlardan biri xaricdən gələn vətəndaşların xüsusi saxlanıldığı yerlərdir:“Bu yerlərdə 1000 nəfər vətəndaş saxlanılır”.

“Xəstə insanlarla ünsiyyətdə olanlar isə ev şəraitində karantinə alınıb. Ev karantinində üç minə yaxın insan saxlanılır. Onların səhhəti ilə ərazi poliklinika müəssisələri maraqlanır”, - deyə R.Bayramlı qeyd edib.