Polad Bülbüloğlu vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb  » Memur.az

Polad Bülbüloğlu vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb 

Polad Bülbüloğlu vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına  müraciət edib.

O bildirib ki, koronavirus pandemiyasına görə aprelin 20-sinə qədər Rusiya-Azərbaycan sərhədi bağlı olacaq. Bu səbəbdən də səfir vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb.