Avropa Oyunlarının təşkilatçılarını sığortalayan şirkət məlum oldu » Memur.az

Avropa Oyunlarının təşkilatçılarını sığortalayan şirkət məlum oldu

Avropa Oyunlarının təşkilatçılarını sığortalayan şirkət məlum oldu

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) üçün tibbi sığortasını “A-Group Insurance” sığorta şirkəti həyata keçirib.

“APA-Economics”in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

“I Avropa Oyunlarda təxminən 2000 nəfər çalışacaq. Bundan başqa, tədbirin təşkil olunması üçün bizim vətəndaşlar və çoxlu sayda əcnəbilər də dəvət olunub. Onların hər biri “A-Group Insurance” tərəfindən sığortalanıb”.

A. Bayramov əlavə edib ki, rəhbərlik etdiyi şirkət bu insanların ehtiyaclarını təmin etmək, onların yarış üçün sağlamlıqlarını qorumaq üçün ciddi işləyir: “Biz bilirik ki, tibbi sığorta sahəsində yalnız 3-4 şirkət var. Rəqabət olmadan inkişaf etmək olmazdı”.