BMT-nin baş katibi Novruz bayramı ilə bağlı müraciət yayıb » Memur.az

BMT-nin baş katibi Novruz bayramı ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Novruz bayramı ilə bağlı müraciət yayıbBMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Novruz günü ilə bağlı müraciət yayımlayıb.

Memur.Az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hər il Novruzu yeni başlanğıclar günü kimi qeyd edirik, yeni ilə ümid və sevinclə qədəm qoyuruq. Biz təbiətin canlanmasını və baharın ilk gününü bayram edirik.

Bu il Novruzu bir çox insan kədər və narahatlıqla qarşılayır. Yeni koronavirus, COVID-19, bu qədim bayramı qeyd edən bölgələr də daxil olmaqla, bütün dünyanı sarsıdır. Yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm, bundan əziyyət çəkənlərə isə ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Novruz bayramı ailə üzvləri ilə istirahət etmək və vaxt keçirmək, ilin dəyişən fəsillərinin gözəlliyindən zövq almaq, eləcə də, ümumbəşəri dəyərlərimizi xatırlamaq və qeyd etmək üçün xoş bir zaman olacaq.

Novruz canlanma simvoludur. Onun gəlişini od, xüsusi yeməklər, səməni və digər adət-ənənələrlə qeyd etdiyiniz zaman, ümid edirəm ki, təbiətlə dostluq və harmoniya hissi tapacaqsınız.

Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram”.