Bulvar İdarəsindən geri addım: "Sakinlər çay qiymətlərini əvvəlcədən dəqiqləşdirsin" » Memur.az

Bulvar İdarəsindən geri addım: "Sakinlər çay qiymətlərini əvvəlcədən dəqiqləşdirsin"

Bulvar İdarəsindən geri addım: "Sakinlər çay qiymətlərini əvvəlcədən dəqiqləşdirsin"

Dünən qiymətlərlə bağlı "Qaynar xətt"ə 300-dən artıq müraciət daxil olub

Bakı bulvarında əhalini narazı salan səbəblərdən biri də çayın baha satılması ilə bağlıdır. Dünən Dənizkənarı Bulvar İdarəsi rəsmi açıqlama verərək bildirdi ki, Milli Parkın ərazisində sadə çay 2 manat, mürəbbə ilə çay isə 3 manata satılır. Məlumatda qeyd olunur ki, müştərilərdən artıq pul istəyən obyekt sahibləri cərimələnəcək. Bunun üçün aşağıdakı nömrələrə şikayət edə bilərsiniz - 0552827000, 0124801836.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a bildirib ki, dünən gün ərzində bulvarda xidmət obyektlərində qiymətlərlə bağlı “Qaynar xətt”ə 300-dən artıq müraciət daxil olub: “Mən şəxsən bütün müraciətlərə reaksiya vermişəm və hər biri yerindəcə həll olunub. Əhalini narazı salan əsasən çayın və mürəbbənin qiyməti ilə bağlıdır. Hər bir kəs kafedə oturanda menyuya baxmalı, qiyməti əvvəlcədən dəqiqləşdirməlidir. Kimsə deyə bilməz ki, mən sadə çay içdim məndən 2 manatdan artıq pul aldılar. Digər tərəfdən mürəbbəli çayın qiyməti mürəbbənin növündən asılı olaraq 4-5-6-7 manat arası dəyişə bilər. Yenə deyirəm, sakinlər qiymətləri əvvəlcədən dəqiqləşdirsə, yaxşı olar. Kimsə onlara zorla nə isə sata bilməz”.