Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi » Memur.az

Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdiEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə hava şəraitinin təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Memur.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib:

“Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.

T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən, regionlarda növbətçilik yaradılıb.