Paytaxtda konsert və möhtəşəm atəşfəşanlıq olub » Memur.az

Paytaxtda konsert və möhtəşəm atəşfəşanlıq olub

 Paytaxtda konsert və möhtəşəm atəşfəşanlıq olub

Bakı Şəhər İcra Hakimiyyəti 28 May – Respublika Günü münasibətilə paytaxtda bayram konserti təşkil edib.

APA-nın məlumatına görə, konsert proqramı Dənizkənarı Milli Parkın ərazisində saat 21:00-da başlayıb.

Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhər sakinləri və paytaxtın qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını izləyiblər.

Konsertdən sonra, saat 23:45-də başlayan möhtəşəm atəşfəşanlıq olub.