“Telegram”ın yaradıcısı “WhatsApp”dan imtina etməyin səbəblərini açıqladı » Memur.az

“Telegram”ın yaradıcısı “WhatsApp”dan imtina etməyin səbəblərini açıqladı

“Telegram”ın yaradıcısı “WhatsApp”dan imtina etməyin səbəblərini açıqladı“Telegram”ın yaradıcısı rusyalı Pavel Durov istifadəçiləri “WhatsApp”dan imtina etməyə çağırıb.

Durov özünün “Telegram” kanalında “WhatsApp”ın tez-tez haker hücumlarına məruz qaldığını bildirib.Onun sözlərinə görə, “WhatsApp”ın müdafəsinin zəifliyi istifadəçilərin fotolarının və mesajlarının kənar şəxslərin əlinə düşməsinə səbəb ola bilər.

“Haker üçün sadəcə sizə video göndərmək kifayətdir ki, bütün şəxsi məlumatlarınız hiyləgərin əlinə düşsün”, - deyə Durov qeyd edib.

Onun fikrincə, bunun əsl səbəbi “Facebook” şirkətinin ABŞ-ın xüsusi xidmət orqanları ilə iş birliyidir. Buna görə Durov istifadəçilərə “WhatsApp”ı telefondan silməyi tövsiyə edib.