Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək » Memur.az

Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcəkDövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Bu barədə Memur.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq.

Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.