Tarix : 6-11-2019, 22:14 | Bölmə: Sosial

Keyt Middltonun dördüncü hamiləliyi müzakirə mövzusudurİngiltərə şahzadəsi 37 yaşlı Keyt Middltonun dördüncü dəfə hamiləlik xəbərləri sosial şəbəkələrdə müzakirə edilir. Baxmayaraq ki, bu barədə ilk şayiələr Keyt 3-cü övladını dünyaya gətirəndən az sonra çıxmağa başlamışdı.

Bu dəfə isə jurnalistlərin daha güclü arqumenti var. Belə ki, dekabrda şahzadə Uilyam Küveyt və Omana olan rəsmi səfərlərində tək olacaq.

Mətbuatda Uilyamın tək səfərlərinin yalnız Middltonun hamiləliyinin ilk aylarına – ağır toksikozdan əziyyət çəkdiyi vaxta təsadüf etməsinə diqqət yetirilib.

Qeyd edək ki, şahzadə Uilyam və Keyt Middltonun birgə nikahdan üç övladı var: 4 yaşlı Şarlotta, 6 yaşlı Corc və 1 yaşı apreldə tamam olmuş Lui.

Oxşar xəbərlər