Çavuşoğlu: Antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib » Memur.az

Çavuşoğlu: Antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib

Çavuşoğlu: Antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilibABŞ nümayəndə heyəti ilə görüşdən sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlama verib:

“İstədiklərimizi əldə etdik. YPG-nin ağır silahları toplanacaq və mövqeləri məhv ediləcək”.

Nazirin sözlərinə görə, Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib.

Çavuşoğlu bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Bundan sonra “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Həmçinin, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq.