Putin “Twitter”də Trampı oxumadığını deyir » Memur.az

Putin “Twitter”də Trampı oxumadığını deyir

Putin “Twitter”də Trampı oxumadığını deyirRusiya Prezidenti Vladimir Putin etiraf edib ki, “Twitter”də amerikalı həmkarı Donald Trampı oxumur.

Bu barədə Putin “RT”, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına verdiyi müsahibəsində uyğun sualı cavablandırarkən bildirib:

“Mənim “Twitter” hesabım yoxdur. Lakin əməkdaşlarımız lazım gəldikcə mənə orada yazılanlar haqqında məlumat verirlər”.

Putin onu da qeyd edib ki, ABŞ prezidentinin fikirləri çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. Lakin o özü bu fikirləri oxumur.