Oqtay Şirəliyev yaralılara baş çəkdi » Memur.az

Oqtay Şirəliyev yaralılara baş çəkdi

Oqtay Şirəliyev yaralılara baş çəkdi

Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Binəqədi rayonunda yanğında xəsarət almış yaralılara baş çəkib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müalicəsi davam etdirilən 14 xəstənin vəziyyəti ilə yaxından maraqlanan O.Şirəliyev xəstələrlə bağlı öz göstəriş və tapşırıqlarını verib.
Xəstələr hazırda daimi nəzarət altındadır. Onların müalicəsi üçün hər bir şərait yaradılıb.
Xatırladaq ki, dünən Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar xəsarət alan 54 nəfər yaralıdan 40 nəfər artıq evlərinə buraxılıb.