Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdır » Memur.az

Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdırNazir Elmar Məmmədyarov Müqəddəs Tax-Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Nazir E.Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələr haqqında məlumat verib.

Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq İnstitutu (POI) arasında Anlaşma Memorandumu imzalanıb.