Azərbaycanlı Sankt-Peterburqda seçkilərdə qalib gəlir » Memur.az

Azərbaycanlı Sankt-Peterburqda seçkilərdə qalib gəlir

Azərbaycanlı Sankt-Peterburqda seçkilərdə qalib gəlirProtokollardan çıxan 90,11 faizlik nəticəyə görə, Sankt-Peterburq qubernatoru vəzifəsini icra edən Alexander Beglov səslərin 64,56 faizini toplayıb.

TASS informasiya agentliyindən verilən məlumata görə, bu qeyd Mərkəzi Seçki Komissiyasının onlayn tablosunda göstərilib.

Yığılan səslərin əksəriyyətini toplayan Alexander Beglov Bakı şəhərində dünyaya gəlib.

"Ədalətli Rusiya" partiyasının namizədi Nadejda Tixonova 16.88 faiz, "Vətəndaş Platforması" partiyasının namizədi Mixail Amosov isə 15.92 faiz səs toplayıb.

Qeyd edək ki, seçkilər 1944 məntəqədə keçirilib. Onlardan 1898-i daimi, 46-ı isə müvəqqəti məntəqələrdir.