Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı açılacaq » Memur.az

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı açılacaq

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı açılacaq

Prezident İlham Əliyev İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Nazirlər Kabineti İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll edəcək.


Bundan əlavə 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri, o cümlədən bu Sərəncamdan irəli gələn digər məsələləri həyata keçirəcək.