Tramp dolların kursundan gileyləndi » Memur.az

Tramp dolların kursundan gileyləndi

Tramp dolların kursundan gileyləndiABŞ prezidenti Donald Tramp dolların kursunun möhkəmlənməsi ilə bağlı gileylərini dilə gətirib.

Oxu.Az xəbər verir ki, Tramp bunu "Twitter" səhifəsində paylaşıb.

Onun fikrincə, Federal ehtiyatlar sistemi ABŞ şirkətlərinin rəqabət aparmasına mane olur.

Tramp yazıb: "Düşünə bilərsiniz ki, dolların stabil kursu məni bir prezident kimi sevindirir. Amma belə deyil! FES-in yüksək faiz dərəcələri digər ölkələrlə müqayisədə dolların kursunun dəyişməməsinə kömək edir. Amma bu bizim şirkətlərə bərabər şərtlərdə rəqabət aparmağa mane olur".

Prezident eyni zamanda FES-in addımlarını tənqid edib və onların yanlış yolda olduqlarını vurğulayıb.