Paşinyanın Qarabağa qanunsuz səfəri: idman üzərindən siyasi oyunlar » Memur.az

Paşinyanın Qarabağa qanunsuz səfəri: idman üzərindən siyasi oyunlar

Paşinyanın Qarabağa qanunsuz səfəri: idman üzərindən siyasi oyunlarErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edib.

N.Paşinyanı Xankəndi aeroportunda Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, Paşinyanın səfəri “ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.

N.Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarının ruhuna ziddir.

O, bu səfərlərlə dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımağa yönəldir. Lakin Azərbaycan diplomatiyasının səyləri və gücü nəticəsində N.Paşinyan istəklərinə nail ola bilmir.

Ekspertlərin fikrincə, N.Paşinyanın Qarabağa gəlməsi həm də separatçı qurumla münasibətlərin korlanması ilə bağlıdır. Belə ki, ona tabe olmayan separatçı rejim “Qarabağ klanı”nın favoritləri olan Robert Köçəryan və Serj Sarqsyanı dəstəkləyir.