Türkiyəli hərbçilər Naxçıvana gəlib » Memur.az

Türkiyəli hərbçilər Naxçıvana gəlib

Türkiyəli hərbçilər Naxçıvana gəlibİyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq - 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.