Dalay Lama Rusiyaya tövsiyə verdi » Memur.az

Dalay Lama Rusiyaya tövsiyə verdi

Dalay Lama Rusiyaya tövsiyə verdiTibet buddistlərinin dini lideri XIV Dalay Lama bildirib ki, Rusiya dünyada sülh və sabitliyin qorunması naminə Avropa İttifaqına qoşulmalıdır.

O xatırladıb ki, Avropa ölkələri əvvəllər dayanmadan bir-biri ilə müharibə edirdilər. Lakin II Dünya Müharibəsindən sonra onlar ümumi maraq və sülh xatirinə birləşməyə qərar verdilər. Dalay Lama nümunə olaraq əvvəllər düşmən olan, lakin sonralar alyansa girən Almaniya və Fransanı göstərib.

“Avropa İttifaqı belə yarandı. Bunun sayəsində XX əsrin ikinci yarısından etibarən müttəfiqlər bir-birləri ilə savaşa girməyiblər”,- deyə o RİA Novosti-yə bildirib.

“Mən müharibələrin və qan tökülməsinin əleyhinəyəm və hesab edirəm ki, Rusiya məhz sabitliyin təmin olunması xatirinə Avropa İttifaqına qoşulmalıdır”.