ABŞ səfirliyinə “Katyuşa” mərmisi düşdü » Memur.az

ABŞ səfirliyinə “Katyuşa” mərmisi düşdü

ABŞ səfirliyinə “Katyuşa” mərmisi düşdüİraqın paytaxtındakı Yaşıl Zonaya “Katyuşa” mərmisi düşüb.

Yüksək təhlükəsizlik zonası hesab edilən Yaşıl Zonada Bağdadın əsas nazirlikləri və səfirlik binaları, o cümlədən ABŞ səfirliyi yerləşir.

İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilir. İraq hərbçiləri hadisə ilə bağlı başqa məlumat vermək istəməyiblər.

“Katyuşa” Böyük Vətən Müharibəsi illərində Sovet İttifaqı tərəfindən hazırlanmış çoxməqsədli, yaxınmənzilli raket qurğusudur. Ucuz və səmərəli raket sistemini adi yük maşınları da daşıya bilirdi.

Müharibədən sonra bu silahları bir çox ölkələr, o cümlədən İraq öz hərbi sisteminə daxil edib.