Putin Pompeonu Soçidə qəbul edib » Memur.az

Putin Pompeonu Soçidə qəbul edib

Putin Pompeonu Soçidə qəbul edibSoçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

RİA Novosti-nin verdiyi məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Görüş zamanı Putin ABŞ-la münasibətlərin düzələcəyinə ümid etdiyini bildirib:

“Trampla bu yaxınlarda baş tutan söhbətimiz zamanı məndə belə təəssürat yarandı ki, o ABŞ-la Rusiya arasında münasibətlərin bərpa olunmasında maraqlıdır”.