Poroşenko: Mən siyasətdən getməyəcəm - YENİLƏNİB » Memur.az

Poroşenko: Mən siyasətdən getməyəcəm - YENİLƏNİB

Poroşenko: Mən siyasətdən getməyəcəm - YENİLƏNİBUkrayna prezidenti Petro Poroşenko dövlət başçısı postundan getsə də, siyasətdən getməyəcəyini bildirib. O, “exit-poll”un ilkin nəticələrini şərh edərkən belə söyləyib.

Poroşenko qeyd edib ki, onun komandası gənc prezidentə dəstək verməyə, həmçinin qısa müddətdə işlərlə daha yaxından tanış olmasına kömək etməyə hazırdır.

“Mən heç kim şübhə etməsin deyə, vurğulamaq istəyirəm ki, şəxsən mən və mənim komandam prezidenti Ukraynanın milli maraqlarına uyğun olan və bizi Avropa İttifaqı, eləcə də NATO-ya yaxınlaşdıracaq bütün qərarlarında dəstəkləməyə hazırıq”.

22:13

Ukrayna prezidenti Petro Poroşenko seçkilərin ikinci turunda Zelenskinin daha çox səs topladığını və özünün məğlubiyyətini etiraf edib. O, Zelenskini təbrik edəcəyini bildirib.

“Seçkilərin nəticəsini aydın görmək olur. Bu nəticələr onu deməyə əsas verir ki, mən indi rəqibimə zəng vurub, onu təbrik etməliyəm”.

Xatırladaq ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. “Exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 72,7, Petro Poroşenko isə 27,3 faiz səsini toplayıb.