Velosiped yarışına görə sabah Azərbaycanda bu yollar bağlanacaq - SİYAHI » Memur.az

Velosiped yarışına görə sabah Azərbaycanda bu yollar bağlanacaq - SİYAHI

Velosiped yarışına görə sabah Azərbaycanda bu yollar bağlanacaq - SİYAHI

“Tour ” d’ AZERBAİDJAN”ın ikinci mərhələsində bağlanacaq yollar məlum olub


“Tour ” d’ AZERBAİDJAN” beynəlxalq velosiped turu ilə bağlı ölkə ərazisində bağlanacaq yolların siyahısı məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 7-də aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Bakı şəhərində:
Salyan şosesi, veloparkdan Lökbatan dairəsinədək, (bir istiqamətdə)
saat 10:15-dən 10:40-dək,

Bakı-Ələt yolunda:
Bakı-Ələt yolunun 14-cü kilometrindən (km) Bakı Kənarkeçmə yolunun Bakı-Sumqayıt yolunun kəsişməsinədək (Biləcəri qəsəbəsi istiqamətində)
saat 10:40-dan 10:55-dək,

Bakı-Şamaxı yolunda:
Bakı-Şamaxı yolunun 9-cu km-dən 12-ci km-dək (Şamaxı istiqamətdə)
saat 10:50-dən 11:05-dək,

Bakı-Şamaxı yolunun 12-ci km-dən 25-ci km-dək (hər iki istiqamətdə)
saat 11:00-dan 11:20-dək,

Bakı-Şamaxı yolunun 25-ci km-dən 90-cı km-dək (hər iki istiqamətdə)
saat 11:15-dən 13:00-dək,

Bakı-Şamaxı yolunun 90-cı km-dən 125-ci km-dək (hər iki istiqamətdə)
saat 13:00-dan 13:45-dək,

Bakı-Şamaxı yolunun 125-ci km-dən 141-ci km-dək (hər iki istiqamətdə)
saat 13:40-dan 14:00-dək,

Muğanlı-İsmayıllı yolunun 1-ci km-dən 20-ci km-dək (hər iki istiqamətdə)
saat 13:50-dən 14:20-dək,

Muğanlı-İsamyıllı yolunun 20-ci km-dən 40-cı km-dək (hər iki istiqamətdə)
saat 14:15-dən 15:40-dək,

İsmayıllı rayon mərkəzində:
saat 15:00-dan 15:40-dək.