Quaydo Venesuelada fövqəladə vəziyyət rejiminin tətbiqini xahiş edəcək » Memur.az

Quaydo Venesuelada fövqəladə vəziyyət rejiminin tətbiqini xahiş edəcək

Quaydo Venesuelada fövqəladə vəziyyət rejiminin tətbiqini xahiş edəcəkBakı. 11 mart. REPORT.AZ/ Venesuelada müxalifətin xahişi ilə fövqəladə vəziyyət rejimi elan edilə bilər.

"Report" xəbər verir ki, bu barədə AFP-nin "Twitter" səhifəsində bildirilib.

Məlumata görə, özünü respublikanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo hakimiyyətdən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini xahiş etmək niyyətindədir.

Xatırladaq ki, bir neçə gün əvvəl Venesuela elektrik enerjisiz qalıb. Quaydo əminliyini ifadə edib ki, qəzaya ölkədə xaos və "qəsbkarlar hökumətinin səmərəsizliyi" səbəb olub.