Trampla Inın görüş tarixi və yeri təsdiqləndi » Memur.az

Trampla Inın görüş tarixi və yeri təsdiqləndi

Trampla Inın görüş tarixi və yeri təsdiqləndiABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək.

“Politico”nun məlumatına görə, bu barədə ABŞ lideri Konqresdə etdiyi çıxışda bildirib.

Məlumata görə, ABŞ dövlət departamentinin xüsusi nümayəndəsi iki liderin görüşünə hazırlıqların aparılması məqsədilə Pxenyana çatıb.

Xatırladaq ki, ABŞ-Şimali Koreya liderlərinin ilk zirvə toplantısı 12 iyun 2018-ci ildə Sinqapurda baş tutmuşdu. Həmin görüşün yekunlarına əsasən, liderlər birgə bəyanatla çıxış edərək, KXDR-in tam denuklerizasiyası (nüvəsizləşdirmə - red.) üzrə razılığa gəldiklərini bildirib.