Arif Rəhimov: “Formula-1” müqaviləsini yenidən uzada bilərik » Memur.az

Arif Rəhimov: “Formula-1” müqaviləsini yenidən uzada bilərik

Arif Rəhimov: “Formula-1” müqaviləsini yenidən uzada bilərikBakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu il “Formula-1” üçün Bakıya gələcək məşhur müğənnilərindən danışıb.

Oxu.Az xəbər verir ki, o, xarici müğənnilərdən biri ilə danışıqların son mərhələsində olduqlarını bildirib:

“Son üç ildə tanınmış müğənniləri Bakıya dəvət etmişdik. Bu il də bizi dünya şöhrətli müğənnilər gözləyir. Artıq biri ilə danışıqların son mərhələsindəyik. “Formula-1”in Bakıdan başqa, regionlarda keçirilməsi hazırda mümkün deyil. Ancaq bölgələrdə kiçik simulyator tədbirləri keçirə bilərik. Lakin yarış üçün Bakıdan kənara çıxmağımız mümkün deyil.

“Formula-1” müqaviləsinin beş il yox, üç illik bağlanmasının elə bir səbəbi yoxdur. Biz bu müqavilənin müddətini daha sonra yenidən uzada bilərik”.