Azərbaycan neftinin son qiyməti » Memur.az

Azərbaycan neftinin son qiyməti

Azərbaycan neftinin son qiymətiNeftin qiymətindəki dünənki azalma Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftinə təsirsiz ötüşməyib.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1.75 dollar və yaxud 2.77% azalaraq 61.48 dollar təşkil edib.

Bu gün isə hərraclarda neftin bahalaşması müşahidə edilir. 59.83 dollarla açılan ticarət hazırda 60.16-60.20 dollar arasında manevr edir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.